İraq Parlamenti yeni seçki qanunu qəbul etdi

İraq Parlamenti yeni seçki qanunu qəbul etdi

İraqda yeni seçki qanunu məclisdə qəbul edilib

Rasthaber Azərbaycan xəbər verir ki, İraqda hökümət əleyhinə etirazlarda əsas tələblər arasında yer alan yeni seçki qanunu məclisdə qəbul edilib.

Məclis mənbələrindən alınan məlumata görə, ölkədə son həftələrdə müzakirələrə səbəb olan yeni seçki qanununun layihəsi İraq Məclisində bu gün keçirilən iclasda oxunaraq səsverməyə çıxarılıb.

Qanun layihəsinin onları hədəf aldığını önə çəkən Kürd siyasi partiyalarının boykot etdiyi iclasda 329 millət vəkilindən 184 nəfər qatılıb. Qanun layihəsi səs çoxluğu ilə qəbul edildiyi bildirilir.

Məclis sədri Məhəmməd el Halbusi, səsvermədən öncə etdiyi açıqlamada, layihənin meydanlardakı etirazçıların tələblərini yerinə yetirmək üçün hazırlandığını qeyd edib.

Kürd siyasi partiyalardan boykot

İraq Məclisindəki Kürd partiyalar, layihəyə etirazlarını ortaq yazılı açıqlama ilə bildiriblər. Açıqlamada kürdlərin tələblərinin diqqətə alınmadığı və özüəlliklə layihədə 15 və 16-cı maddələrə qarşı çıxıldığı önə çəkilib.

Yeni seçki layihəsinin 15-ci maddəsinə görə, seçki çevrələri rayon səviyyəsində təyin olunacaq və hər rayonda ən çox səs alan namizəd millət vəkili seçiləcək. Kürdlərin etiraz etdiyi 16-cı maddə isə qadınlar üçün təyin olunan kvotanın 25 faizlə məhdudlaşdırılması nəzərdə tutulur. İraq Məclisində Kürd siyasi partiyaların ümumi 58 deputatı var.

Xəbəri paylaş

VİDEOLAR