İraq Parlamenti seçkilərdən bir il sonra formalaşdırılan hökumətə səs verəcək

İraq Parlamenti seçkilərdən bir il sonra formalaşdırılan hökumətə səs verəcək

İraq Parlamenti bu gün Məhəmməd Şiya Sudaninin formalaşdırdığı hökumətə səs verəcək.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Məhəmməd Şiya Sudaninin formalaşdırdığı hökumət bu gün Parlamentdə səsə qoyulacaq.

Məlumata görə hökumətin tərkibinin minimum yarısı məlum edilməli və Parlamentdən müsbət rəy almalıdır. Əks təqdirdə formalaşdırılan hökumət qəbul edilməyəcək.

Qeyd edək ki, İraqda parlament seçkiləri ötən ilin payızında keçirilsə də öndə gedən fraksiyalar hökuməti formalaşdıra bilmirdilər.

Ekspertlər Məhəmməd Şiya Sudaninin formalaşdırdığı hökumətin parlamentin müsbət rəyini ala biləcəyini proqnozlaşdırıblar.

Xəbəri paylaş

VİDEOLAR