İraq parlamenti prezidenti seçə bilmədi - SƏBƏB

İraq parlamenti prezidenti seçə bilmədi - SƏBƏB

İraq parlamenti ötən gün yeni dövlət başçısını seçə bilməyib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb isə ölkənin ali qanunverici orqanının iclasında kvorumun olmamasıdır.

Parlamentin iclasına 329 deputatda yalnız 58-i gəlib. Səsvermənin keçirilməsi üçün isə deputatların 2/3-si tələb olunur.

Parlamentin sədri nəticədə məsələnin gözdən keçirilməsini təxirə salmalı olub.

Müqtəda əs-Sədrin tərəfdarları (73 deputat), Sünni Suveren Koalisiyası (67 deputat), Kürdüstan Demokratik Partiyası (31 deputat) və Türkmanların Fraksiyası (7 deputat) seçkiləri boykot ediblər.

Qeyd edək ki, İraq dövləti federal quruluşa malikdir və ölkə konstitusiyasına əsasən, prezident postunu etnik kürd tutur. Prezident postuna isə hazırkı prezident Bərham Saleh də daxil olmaqla, ümumilikdə 25 siyasətçi iddialıdır.

Prezidentin seçilməsi üçün isə deputatların azı 2/3-nün dəstəyi lazımdır.

İraq parlamenti tezliklə prezidenti seçməlidir.

Xəbəri paylaş

VİDEOLAR