İraq Parlamenti İsraillə əlaqələri qadağan edən qanun layihəsini qəbul edib

İraq Parlamenti İsraillə əlaqələri qadağan edən qanun layihəsini qəbul edib

İraq Parlamenti İsraillə münasibətləri normallaşdırmaq və rəsmiləşdirməyi qadağan edən qanun layihəsini qəbul edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraq Parlamentinin səsə qoyduğu və qəbul etdiyi qanun layihəsi İsraillə münasibətləri normallaşdırmağı qadağan etməklə yanaşı bu istiqamətdə atılacaq addımların da cinayət xarakterli olmasını ehtiva edir.

Qeyd edək ki, indiyədək yalnız altı ərəb dövləti İsraillə münasibətləri normallaşdırb. Sonuncu dəfə Donald Tramp Administrasiyasının dövründə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan İsraillə münasibətləri normallaşdırıblar. İraq kimi Küveyt və Əlcəzair Parlamentləri də İsraillə münasibətləri normallaşdırmağı qadağan edən qanun layihəsi üzərində işləyir.

Xəbəri paylaş

VİDEOLAR