İraq Parlamenti İsraillə əlaqələri normallaşdırmağı qadağan edən qanun layihəsini təsdiqləyib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraq Parlamenti İsraillə əlaqələri normallaşdırmağı qadağan edən qanun layihəsini ilk oxunuşda təsdiqləyib.
Bu qanun layihəsi İraqda İsraillə münasibətləri normallaşdıran bütün sahələrə aid addımları qadağan edir və bu işi görən fiziki və hüquqi şəxslər məsuliyyətə cəlb edilir.
Qanun layihəsi İraq Parlamentinin "İnqaz Vətən" siyasi fraksiyası tərəfindən qaldırılıb.
Hazırda 21 ərəb dövlətindən altısı İsraillə əlaqələri normallaşdırıblar.