İraq Ordusu və Həşd Şabi terrorçulara qarşı birgə əməliyyata başlayıb

İraq Ordusu və Həşd Şabi terrorçulara qarşı birgə əməliyyata başlayıb

İraq ordusu və Həşd əş-Şabi Bağdadın şimal bölgələrini təmizləmək üçün birgə əməliyyata başlayıb.

Az.rasthaber.com xəbər verir ki, Həşd Şabi və İraq ordusu çərşənbə günündən etibarən Bağdadın şimalındakı "əl-Tarimiyyə" bölgəsini təmizləmək və bu şəhərə gedən yolların təhlükəsizliyini təmin etmək üçün birgə əməliyyat keçirir.

İraq Ahed Şəbəkəsinin məlumatına görə, bu əməliyyatda Həşd Şaabinin 12-ci Briqadasına bağlı müqavimət qüvvələri iştirak edir və ABŞ-ın yaratdığı və dəstəklədiyi İŞİD terror təşkilatının qalıqlarını təmizləyir.

Qeyd edək ki, Ərbəindən əvvəl İraqın müxtəlif bölgələrində təhlükəsizlik və hərbi əməliyyatların sayı artıb.

Bu çərçivədə, axşam saatlarında İraq mənbələrinin verdiyi məlumata görə, Neynəva vilayətində Həşd Şabi kəşfiyyat qüvvələrinin koordinasiyası ilə İŞİD-in ən təhlükəli 4 lideri öldürülüb.

Xəbəri paylaş

VİDEOLAR