İraq müqavimətindən sionist hədəflərinə PUA hücumu

İraq müqavimətindən sionist hədəflərinə PUA hücumu

İraq müqaviməti sionist rejimin işğal olunmuş ərazilərdəki hava bazasına PUA ilə birbaşa hücum edib.

Az.rasthaber.com xəbər verir ki, İraq İslam Müqaviməti “Bəlməhim”ə hücum təşkil etdiyini açıqlayıb.

İraq İslami Müqaviməti tərəfindən verilən bəyanatda həmçinin bildirilib ki, “Bu hücum Qəzzə xalqına dəstək və sionist rejimin pilotsuz uçuş aparatları ilə günahsız fələstinli mülki vətəndaşları qətlə yetirməsinə cavab olaraq həyata keçirilib və bu hücumlar davam edəcək".

Bu hücumun Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın çıxışından bir neçə saat sonra həyata keçirilməsi diqqət çəkib.

Nəsrullah İsrailin İraq İslam müqavimətinə qarşı hücumlarının davam edəcəyini bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR