İraq müqavimətindən ABŞ-a CAVAB

İraq müqavimətindən ABŞ-a CAVAB

İraq İslami Müqaviməti bölgədəki üç işğalçı Amerika bazasını hədəf aldıqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti şənbə günü səhər tezdən bir bəyanatda bildirib: "Biz pilotsuz uçuş aparatları və raketlərlə Suriyanın Əl-Tənf və Əl-Xədra bölgəsindəki amerikalı işğalçıların bazalarını hədəf aldıq".

Açıqlamada bu ifadələrə yer verilib: “Amerika işğalçı qüvvələrinin İraqın qərbindəki qərargahı olan Ayn əl-Əsəd bazasını raketlə hədəfə aldıq”.

İraq İslam Müqavimətinin raket və pilotsuz təyyarə hücumu ABŞ-ın İraq və Suriyadakı bölgələrə hücumlarından bir neçə saat sonraya təsadüf edib. ABŞ-ın hücumları bir çox mülki şəxsin və İraqın rəsmi hərbi qüvvəsi olan Xalq Səfərbərlik Qüvvələrinin - Həşd əl-Şaabi qüvvələrinin şəhid olmasına və yaralanmasına səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR