İraq İslami Müqavimətinin Hayfa limanında sionistlərin mühüm hədəflərini vurduğu açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqavimət Təşkilatı İsrailin işğal etdiyi ərazilərdə yerləşən Hayfa limanında iki mühüm hədəfə qarşı kamikadze PUA-larla əməliyyat keçirdiklərini bildirib.
İraq Müqaviməti tərəfindən edilən bəyanatda bu ifadələr yer alır:
“Bizim qanuni hakimiyyətimizə uyğun olaraq və cəbhələrin birliyinə olan inancımızla, cəsur mücahidlərimiz dünən işğal altındakı ərazimizdəki Hayfa limanındakı Hayfa neft emalı zavodunu və iki ayrı həyati hədəfi birbaşa hədəfə aldılar.".
Bəyanatda düşmənə qarşı əməliyyatların Fələstin xalqına və müqavimətinə dəstək olaraq davam edəcəyi vurğulanıb.