İraq Müqaviməti İsrail dəniz qüvvələrinin obyektlərini hədəfə alıb

İraq Müqaviməti İsrail dəniz qüvvələrinin obyektlərini hədəfə alıb

İraq İslami Müqavimətinin Zevulun bölgəsindəki İsrail dəniz qüvvələrinin obyektlərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, İslami müqavimət həmçinin işğalçı ABŞ-ın Suriyadakı Rukban hərbi düşərgəsini də hədəf aldığını açıqlayıb.

İraq İslami Müqaviməti öz bəyanatlarında Qəzzaya edilən hücumlara cavab olaraq İsrailin ən böyük dəstəkçisi olan ABŞ-ın İraq və Suriyadakı bazalarına tez-tez hücum etdiyini bildirir.

Xəbəri paylaş

VİDEOLAR