İraq Müqaviməti İsrail bazasını PUA-larla hədəfə alıb

İraq Müqaviməti İsrail bazasını PUA-larla hədəfə alıb

İraq İslami Müqaviməti İsrailin işğalı altında olan Suriyanın Colan bölgəsində sionist rejimin bazasını PUA-larla hədəfə aldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti Qolan bölgəsindəki Yarden bazasını hədəf aldığını açıqlayıb.

İraq İslami Müqavimət Təşkilatının bəyanatına görə, bu hücum PUA-larla həyata keçirilib. Nəşr olunan başqa bir bəyanatda İraq müqavimətinin sionist rejimin daha bir hərbi mövqeyini də hədəfə aldığı elan edilib.

İraq müqaviməti bu bəyannamələrdə Qəzzə xalqına kömək etmək, işğala qarşı müqavimət göstərmək və sionist rejimin qətllərinə cavab olaraq bu əməliyyatları həyata keçirəcəklərini və mühasirə və müharibə bitənə qədər bu prosesi davam etdirəcəklərini bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR