İraq müqaviməti bu gün İsrailin mövqelərinə beşinci dəfə PUA ilə hücum edib

İraq müqaviməti bu gün İsrailin mövqelərinə beşinci dəfə PUA ilə hücum edib

İraq İslami Müqaviməti bu gün sionist rejimin mövqelərinə beşinci PUA hücumunu elan edib.

Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti elan edib ki, bu gün sionist rejimin mövqelərinə beşinci PUA hücumu ilə işğal altındakı Suriyanın Colan bölgəsində həyati bir hədəfi vurduq.

İraq İslami Müqavimət Təşkilatının bəyanatında deyilir: İşğal rejiminə müqavimət göstərmək, Fələstin və Livan xalqlarına kömək etmək, qəsbkar rejimin mülki şəxslərə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliamlarına cavab vermək üçün yanaşmamızın davamı olaraq, İraq İslami Müqavimətinin döyüşçüləri bu gün, cümə axşamı, 31/10/2024 işğal altındakı Qolanda həyati bir hədəfi vurdu və bu, səhərin erkən saatlarından bəri beşinci hücum idi.

Xəbəri paylaş

VİDEOLAR