İraq müqavimət qüvvələri İsrail ordusunun bazasına zərbə endirib

İraq müqavimət qüvvələri İsrail ordusunun bazasına zərbə endirib

İraq İslami Müqaviməti bu gün (cümə axşamı) işğal altındakı Fələstinin cənubunda sionist rejim ordusunun bazasına pilotsuz təyyarə ilə zərbə endirdiyini xəbər verib.

Az.rasthaber.com xəbər verir ki, İraqın İslami Müqaviməti bununla bağlı yaydığı bəyanatda bildirib: “Bu gün səhər saatlarında sionist düşmənin “Beer Səb”dəki Nevatim bazasını hədəfə aldıq.

Bəyanata əsasən, bu hücum bir neçə silahlı dron tərəfindən dəqiq şəkildə həyata keçirilib.

İraq müqaviməti bəyanatının davamında sionist rejimin Qəzzə zolağına təcavüzü dayanana qədər işğal olunmuş ərazilərdə həyati əhəmiyyətli hədəflərə qarşı əməliyyatların davam edəcəyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR