16.03.2022 18:51:32
İraqın Seyyidüş-Şühəda Batalyonlarının baş katibi İraq Kürd regional hakimiyyət orqanlarının bölgədə sionist rejimin olmaması ilə bağlı söylədiklərinə reaksiya verib və İsrailin bölgədəki strateji və taktiki mərkəzlərinin sayına diqqət çəkib.
Az.rasthaber.com xəbər verir ki, İraqın Seyyidüş-Şühəda Batalyonlarının baş katibi Əbu Əla əl-Vəlai Twitter hesabında verdiyi açıqlamada bildirib:
"Sionistlərin bölgədə 20-dən çox strateji və taktiki mərkəzi var. Ərbildə sionistlər tərəfindən maliyyələşdirilən müxtəlif təhlükəsizlik əməliyyatları, investisiya və layihə mərkəzləri mövcuddur"
Əbu Əla əl-Vəlai həmçinin, İraq Kürdüstanında dörd mindən çox sionistin olduğunu bildirib:
“Ərbil ilə Təl-Əviv arasında birbaşa hava yolu var ki, bu da sionistlərin öz vətəndaşlarından təhlükəsizlik baxımından Ərbilə getməməyi xahiş etməsinə səbəb olub”.
Seyyidüş-Şühəda Batalyonlarının baş katibi İraq Kürdüstanı bölgəsinin rəsmilərinə eyham vuraraq, bu məlumatı sionistlərin varlığını göstərmək üçün verdiyini, çünki onlardan bəzilərinin bunu inkar etdiyini bildirib.