İraq Kürdüstanı İslami Partiyasının sədrindən Bərzaniyə SƏRT TƏNQİD

İraq Kürdüstanı İslami Partiyasının sədrindən Bərzaniyə SƏRT TƏNQİD

İraq Kürdüstanının Camaat-i İslami Partiyasının lideri Əli Bapir dünən axşam Fələstinə dəstək aksiyasında ilk dəfə olaraq pərdə arxasında olanları açıqlayaraq Bərzaninin fəaliyyətini sərt şəkildə tənqid edib.

Az.rasthaber.com xəbər verir ki, Əli Bapir deyib:

"Biz bir meydanda toplaşmalıydıq, lakin KRG hökuməti (Bərzani) İsrailə qarşı ən kiçik bir tənqidi eşitməyə dözə bilmədiyi üçün bizi bu kiçik salona toplaşmağa məcbur etdi. Hakim hərəkat (Bərzani) bir müddətdir ki, İranla əlaqələri olduğu üçün HƏMAS-ı müdafiə etməmək mesajları verir.

İrandan kömək istəməyin bir eybi varsa, niyə Kərəcdə yaşayıb, illərdir İranın süfrəsində olmusunuz? Niyə xalqımız Hər böhranda, məsələn, Hələbcə kimyəvi hücumunda İrana sığınır? Bu iqlimin gələcəyini İsrailin taleyinə bağlamayın. Bu qumar insanlara zərər verir. İranla düşmənçiliyi dayandırın.

Bölgənin qorxaq və muzdlu dövlətləri arasında İran yeganə ölkədir ki, hər zaman məzlumlara, xüsusilə də Fələstinə dəstək olur və bunun əvəzini çox ağır ödəyir".

Xəbəri paylaş

VİDEOLAR