İraq İsveçdən islamofob Momikanın ekstradisiyasını tələb edir

İraq İsveçdən islamofob Momikanın ekstradisiyasını tələb edir

Rəsmi Bağdad ekstremist və islamofob Salvan Momikanın ekstradisiyasını tələb edir.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, İraq Ədliyyə Nazirliyi bununla bağlı İsveç Ədliyyə Nazirliyinə rəsmi sorğu göndərib.

Momikanın özü də bu məlumatı təsdiqləyib və tezliklə polisə izahat verəcəyini deyib.

Qeyd edək ki, əslən İraqdan olan Salvan Momika 2018-ci ildə İsveçdən sığınacaq alıb. 2021-ci ilin aprel ayında isə 3 il müddətinə yaşayış icazəsi alıb.

Xatırladaq ki, o, İsveçdə dəfələrlə islamofob “aksiyalar” keçirərək müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nüsxələrini nümayişkaranə şəkildə yandırıb. Bütün bunlar isə İsveç hökumətinin icazəsi və polisinin də mühafizəsi altında baş verib.

Xəbəri paylaş

VİDEOLAR