İraq İslam Müqaviməti Suriyada ABŞ-ın iki hərbi bazasına hücum edib.
Az.rasthaber.org xəbər verir ki, “Əl Mayadeen” qəzetində yer alan xəbərə görə, İraq İslami Müqaviməti Suriyanın Deyr əz-Zor əyalətindəki ABŞ hərbi bazasına pilotsuz təyyarə ilə hücum edib.
İraq İslami Müqavimətinin verdiyi bəyanatda bildirilib ki, “Sionist rejimin Qəzza xalqına qarşı törətdiyi qətllərə cavab olaraq, İraq İslami müqavimət qüvvələri ABŞ-ın Suriya ərazisindəki iki hərbi bazasına pilotsuz təyyarə ilə hücum edib. Müqavimət cəbhəsi düşmənin mövqelərinə və rəislərinə hücumlarını davam etdirəcək”.