İraq İslam Müqaviməti İsrailin Ben Qurion hava limanını hədəfə aldı

İraq İslam Müqaviməti İsrailin Ben Qurion hava limanını hədəfə aldı

İraq İslami Müqaviməti sionist rejimin Təl-Əviv yaxınlığındakı ən böyük hava limanı olan Ben Quriona pilotsuz təyyarə ilə hücum edib.

Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti yazılı açıqlamada bildirib ki, sionist rejimin fələstinlilərə qarşı törətdiyi qətllərə cavab olaraq, Tel-Əviv yaxınlığındakı rejimin ən böyük hava limanı olan Ben Quriona pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.

Açıqlamada bildirilib:

"İşğala müqavimət göstərmək, Qəzza xalqına kömək etmək və işğalçı İsrail rejiminin törətdiyi qətliamlara reaksiya vermək üçün Ben Qurion Hava Limanını pilotsuz təyyarə ilə ələ keçirdik".

İraq İslami Müqaviməti bəyanatında hücumun Qəzza xalqına dəstək məqsədi ilə həyata keçirildiyini və bu qrupun hücumlarını davam etdirəcəyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR