“İraq İslam Müqaviməti” işğalçı ABŞ-ın Suriyadakı bazasına zərbələr endirib

“İraq İslam Müqaviməti” işğalçı ABŞ-ın Suriyadakı bazasına zərbələr endirib

"İraq İslam Müqaviməti" Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına raket zərbəsi endirib.

Az.rasthaber.org  xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

İtki və zərər barədə məlumat verilmir.

ABŞ ordusunun sözçüsü Patrick Ryder çərşənbə axşamı bildirib ki, ABŞ qüvvələri İraq və Suriyada 2023-cü il oktyabrın 17-dən bəri 127 dəfə hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-ın İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına olub.

Bundan əvvəl şiə milislər “Telegram” kanallarında yaydıqları bəyanatda ABŞ-a Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq etmişdilər.

Xəbəri paylaş

VİDEOLAR