İraq İŞİD-in ölkəyə vurduğu maddi ziyanın miqdarını açıqlayıb

İraq İŞİD-in ölkəyə vurduğu maddi ziyanın miqdarını açıqlayıb

İraq İŞİD-in ölkəyə vurduğu maddi ziyanın miqdarını açıqlayıb.

İŞİD terror təşkilatı 2014-cü ilin yayından başlayaraq İraqın üçdə bir hissəsini zəbt edib. 2017-ci ilin dekabrın 10-da Suriya ilə sərhəd bölgəsində yerləşən Ravə bölgəsinin azad edilməsindən sonra terror təşkilatı bütün ərazilərini itirmiş və gizli sığınacaqlara geri çəkilmiş olub. Terror təşkilatının zəbt etdiyi ərazilərdə təkcə hökumətə aid obyektlər və əmlaka dəyən ziyan 36 milyord dollar dəyərində təxmin edilir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraq hökumətinin aidiyyatı qurumları İŞİD-ə qarşı qələbənin beşinci ildönümündə terror təşkilatının ölkəyə vurduğu ziyanların bəzisini açıqlayıblar.

Məlumata görə, hazırda ölkədə İŞİD-ə bağlı olan terrorçuların sayı mindən azdır və onların böyük əksəriyyəti əcnəbi deyil, yerli terrorçulardır.

Digər məlumata görə, İŞİD qeyd edilən müddət ərzində 5,000 bina və obyekti dağıdıb və sıradan çıxarıb. Onların 108-i məscid, 15-i məqbərə, 19-u kilsə, 37-si məktəb, 13-ü bazar, 431-i isə tarixi bina və sair muzey və obyektlərdir.

İŞİD nəzarətdə saxladığı bölgələrdə hökumət obyektləri və əmlakına ümumilikdə 36 milyard dollar ziyan vurub.

İŞİD-lə mübarizədə özəl sektora aid 250 min ev dağılıb ki, 7.5 milyard dollar civarında qiymətləndirilir.

Təkcə elektrik enerjisi sahəsində ölkəyə 12 milyard dollar ziyan dəyib.

Digər məlumata görə, İraq hökuməti 2014-2017 -ci illər ərzində terror təşkilatı ilə mübarizədə 30 milyard dollar sərf etməyə məcbur qalıb.

Xəbəri paylaş

VİDEOLAR