İraq: İranla sərhəd təhlükəsizliyinə dair öhdəliklərimizi yerinə yetirmişik

İraq: İranla sərhəd təhlükəsizliyinə dair öhdəliklərimizi yerinə yetirmişik

İraq hökumətinin sözçüsü Bəsim Əl-Avadi ölkəsinin İranla sərhəd təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İraq hökumətinin sözçüsü Basim Əl-Avadi, "silahlı strukturların sızmasının qarşısını almaq, onların tərksilah edilməsini və hərbi düşərgələrinin çıxarılmasını təmin etmək" üçün İranla imzaladıqları müqavilənin tələblərini yerinə yetirdiklərini bildirib.

Basim Əl-Avadi sosial media hesabında etdiyi paylaşımda bildirib:

“İraqın ən mühüm xarici siyasət prinsiplərindən biri qonşularına zərər verməməkdir. İraqın suverenliyi İraqın sərhədlərini istənilən hücumdan qorumaq üçün təhlükəsizlik mülahizələrini tələb edir."

Əl-Avadinin iddiasına görə, bu səbəbdən İraq İranla sərhədə mümkün sızma, axtarışda olan şəxslərin təslim edilməsi, tərksilah və düşərgələrin çıxarılmasına qarşı tədbirlər haqqında müqavilə imzaladı və İraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi.

Xəbəri paylaş

VİDEOLAR