İraqın müdafiə naziri general Aştiani İraq parlamentində İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasını cinayət hesab edən qanunun təsdiqlənməsini işğalçı rejimə böyük zərbə kimi qiymətləndirib.
Az.rasthaber.com "IRNA"ya istinadən xəbər verir ki, İraqın daxili işlər naziri Qənimi ilə görüşən general Aştiani İŞİD-in İraqa hücumu zamanı İranın bütün imkanlarını İraq Silahlı Qüvvələrinin istifadəsi üçün səfərbər etdiyini, bəzi ölkələrin İran və İraq arasındakı dostluq və həmrəyliyi həzm edə bilmədiklərini bildirərək, iki ölkə hakimiyyətini bu cür sui-qəsdlərə qarşı ciddi və dərin əməkdaşlığa çağırıb.
İran və İraqın Qərbi Asiyanın kritik bölgəsində yerləşdiyini bildirən general Astiyani deyib:
"Terrorizmdən Qərb və imperialist ölkələrinin aləti kimi bu ölkələrin bölgəmizdə varlığı və İslam ölkələrini bir-birinə qarşı qoymaq üçün bəhanə kimi istifadə edilir. Fikrimizcə, region ölkələri və Qərbi Asiya regionun təhlükəsizliyini idarə etməlidir və nə qədər ki, digər güclər buradadır, sabitliyə və sülhə nail olmaq mümkün deyil".
İraq parlamentində İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasını cinayət hesab edən qanunun təsdiqini şərh edən general Aştiyani deyib: "İranın xarici siyasət prinsipi qonşu ölkələrlə, xüsusilə də İraqla əməkdaşlığı artırmaqdır".
İraqın daxili işlər naziri Qənimi İran və İraqın müştərək əməkdaşlıq tarixinə toxunaraq deyib: "İran müxtəlif dövrlərdə İraqın tərəfində olub və biz iranlı mücahidlərin terrorla mübarizədə rolunu və bu ölkənin köməyini heç vaxt unutmayacağıq".