İran prezidenti İbrahim Rəisi Əlcəzairdə keçirilən 7-ci Qaz İxrac Edən Ölkələr Forumu (GECF) çərçivəsində iraqlı həmkarı Əbdüllətif Rəşid ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Rəisi İraqda hər il keçirilən Ərbəin Yürüşünə toxunaraq deyib:
"Bu hadisə İran və İraq xalqları arasındakı dərin bağın təzahürüdür".
İran və İraqın təhlükəsizliyinin əhəmiyyətini vurğulayan Rəisi deyib:
"Sərhədimizdəki terror və separatçı qruplarla mübarizədə hər iki ölkənin əməkdaşlığa ehtiyacı var".
Rəisi, düşmənlərin İraq hökuməti və millətinə qarşı planlarının həyata keçməsində şəhid Süleymaninin oynadığı tarixi rolu xatırladaraq bildirib:
“İki ölkə arasında imzalanan təhlükəsizlik müqaviləsinin bütün maddələri yerinə yetirilməlidir”.
Rəisi sözlərini belə davam etdirib:
"İran İraqın təhlükəsizliyini öz təhlükəsizliyi kimi görür, ona görə də biz çalışmalıyıq ki, iki xalqın düşmənlərini, xüsusən də sionist rejimini məyus etmək üçün iki ölkə arasındakı əlaqələri mümkün qədər genişləndirək".
Bəzi ərəb ölkələrinin Fələstinlə bağlı siyasətlərini tənqid edən Rəisi deyib:
"Sionistlərin qətllərini dayandırmaq üçün ən praktik həll yolu bu rejimlə ticarət və iqtisadi əlaqələrin kəsilməsidir".
“Biz İran hökumətinin Fələstin və Qəzza məsələsində cəsarətli mövqeyindən qürur duyuruq” deyən Rəşid əlavə edib: “Biz bilirik ki, sionist rejim kimi qatil və təcavüzkar bir rejim mövcud olduğu müddətdə regionda təhlükəsizlik olmayacaq".