İraq İrana uçuşları dayandırdı

İraq İrana uçuşları dayandırdı

Rəsmi Bağdad İrana kornonavirus səbəbilə bütün uçuşları dayandırıb

Rasthaber Azərbaycan xəbər verir ki, Rəsmi Bağdad İrana kornonavirus səbəbilə bütün uçuşları dayandırıb.

Nəqliyyat nazirliyindən verilən yazılı açıqlamaya görə, İranda aşkarlanmış koronavirusun yeni növünün İraqa yayılmaması üçün İraq Hava Yolları İrandan gediş-gəliş bütün uçuşları dayandırıb.

Məlumata görə, Bağdad, Bəsrə və Nəcəf hava limanı bu qərarı həyata keçirəcək.

Qeyd edilir ki, hava nəqliyyatından başqa, İran vətəndaşlarına İraqa girmək üçün viza verilməsi də dayandırılıb.

Xatırladaq ki, iki gün əvvəl 2 nəfər Qumda koronavirusun yeni növündən (covid 19) dünyasını dəyişib, daha 3 nəfərdə bu virus aşkarlanmışdır.

Xəbəri paylaş

VİDEOLAR