İraq: İran və Səudiyyənin xarici işlər nazirlərini görüşdürməyə çalışırıq

İraq: İran və Səudiyyənin xarici işlər nazirlərini görüşdürməyə çalışırıq

İraq Səudiyyə Ərəbistanı ilə İran arasında yaxınlaşma üçün vasitəçi rolunu davam etdirir və xarici işlər nazirlərini görüşdürmək istiqamətində addımlar atır.

Az.rasthaber.com SalamNews-a xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn “Rudaw” telekanalına müsahibəsində deyib.

Nazir ölkəsinin Səudiyyə Ərəbistanı ilə İran arasında yaxınlaşma üçün vasitəçi rolunu oynamağa davam etdiyini açıqlayıb və iki tərəfin indiyədək Bağdadda kəşfiyyat və təhlükəsizlik səviyyəsində beş görüş keçirdiyini vurğulayıb.

Fuad Hüseyn verdiyi müsahibədə bildirib ki, “iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər üçün addımlar atılır, lakin nəticəni gözləmək lazımdır.”

O, əlavə edib: "Görüşlərin məzmunu rəsmi olaraq açıqlanmır. Görək nə olacaq və biz hər iki tərəflə təmasdayıq.”

Fuad Hüseyn, həmçinin qeyd edib ki, "İraq Amerika və İran arasında nüvə sazişi ilə bağlı mesajlar ötürməyə davam edir.

“İki tərəf əslində razılığa gəliblər, lakin razılaşmaya əlavə edilmiş məsələlər var. Bu, Amerika ilə İran arasında bir mövzudur, İran və 5+1 ölkələri arasında deyil”.

Xəbəri paylaş

VİDEOLAR