İraq hökuməti Türkiyə vətəndaşlarını vizadan azad edib

İraq hökuməti Türkiyə vətəndaşlarını vizadan azad edib

İraq hökuməti 15 yaşdan kiçik və 50 yaşdan yuxarı Türkiyə vətəndaşlarına vizadan azad edilməsi barədə qərar qəbul edib. 15 yaşdan kiçik və 50 yaşdan yuxarı Türkiyə vətəndaşları İraqa vizasız gedə biləcəklər.

Az.rasthaber.com xəbər verir ki, İraq Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən yazılı açıqlamaya görə, Nazirlər Şurasının iclasında 50 yaşdan yuxarı və 15 yaşdan kiçik adi pasporta malik Türkiyə vətəndaşlarının İraqa vizasız gedə bilməsi qərara alınıb.

Sözügedən qərara görə, yaşı 15-dən az və 50-dən yuxarı olan Türkiyə vətəndaşlarının pasportlarına İraqdakı hava limanlarında və sərhəd qapılarında giriş möhürü vurulacaq və bu şəxslər 30 gün İraqda yaşaya biləcəklər.

Rəsmi Qəzetdə dərc edilən 29 avqust 2024-cü il tarixli qərara uyğun olaraq, 15 yaşdan kiçik və 50 yaşdan yuxarı İraq vətəndaşlarına 1 sentyabr tarixindən etibarən 90 günlük yaşayış müddətində viza azadlığı verildi.

Xəbəri paylaş

VİDEOLAR