İraq hökuməti İsveçin Bağdaddakı səfirindən ölkəni tərk etməsini istəyib.
Az.rasthaber.com xəbər verir ki, İraqın rəsmi agentliyi olan İNA-nın xəbərinə görə, Bağdad rəhbərliyi İsveç səfiri Cessika Svardstroma İsveçdə Qurani-Kərimə edilən hücumlara görə ölkəni tərk etməli olduğunu bildirib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də Xarici İşlər Nazirliyinə İsveçin İraqdakı səfirliyinin müvəqqəti işlər vəkilini geri çağırmağı tapşırıb.