İraq hökuməti bəyanat yayaraq, İsrailin Ceninə hücumunu açıq terrorizm kimi qiymətləndirib və beynəlxalq güclərin Fələstin xalqı qarşısında öz məsuliyyətindən yayınmasını və susmasını tənqid edib.
Az.rasthaber.com xəbər verir ki, “Middle East News”un məlumatına görə, İraq hökumətinin rəsmi sözçüsü Bəsim Əl-Avadinin bu gün dərc olunan rəsmi bəyanatında bildirilir ki, İraq hökuməti və xalqı sionist işğalçı rejimin onlarla cinayətə səbəb olan cinayətlərinin davam etdirilməsini qətiyyətlə pisləyir.
Bu bəyanatda bildirilir ki, qəsbkar sionist rejimin heç bir maneə və vicdan olmadan, dünya güclərinin susqunluğu və öz məsuliyyətlərindən qaçması ilə düşmənçilik hərəkətlərinin davam etdirilməsi ölkənin sabitlik və təhlükəsizliyinə xələl gətirən bir hərəkətdir.
Region, bütün sülhü dəstəkləyən qüvvələr və beynəlxalq qurumlar bu hərəkətlərə susmamalıdırlar.
İraq hökumətinin rəsmi bəyanatında dünyanın bütün xeyirxah və sülhpərvər qüvvələrindən bu hücumu dayandırmaq üçün hərəkətə keçmələri və bu böyük cinayəti pisləmələri, sabitlik və təhlükəsizliyə xələl gətirən açıq terror hesab etmələri xahiş olunur.