İraq Hizbullahından ABŞ-a SƏRT XƏBƏRDARLIQ

İraq Hizbullahından ABŞ-a SƏRT XƏBƏRDARLIQ

İraqdakı “Kətaib-i Hizbullah” ABŞ-a “Fələstin müqaviməti ilə işğal rejimi arasında müharibəyə qarışmamaq” mövzusunda xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın sionist İsrailə hərbi dəstək göndərməsi beynəlxalq reaksiyalara səbəb olub.

İraqdakı “Kətaib-i Hizbullah” ABŞ-a “Fələstin müqaviməti ilə işğal rejimi arasında müharibəyə qarışmamaq” mövzusunda xəbərdarlıq edib.

Kətaib Hizbullahın sosial media hesabında yayımlanan bəyanatında aşağıdakı ifadələr yer alıb:

"Biz Fələstin xalqı, İslam ümməti və Fələstindəki İslam müqavimət mücahidləri ilə fəxr edirik. Sionist rejim və onun havadarlarının cinayətlərinə baxmayaraq, indiyə qədər heç kimin əldə etmədiyi böyük qələbələr qazandılar.

Onlar günahkar sionistlərin müqavimətini qırdılar və mübarizəni sionist rejimi qorxudan səviyyəyə çatdırdılar, eyni zamanda bütün İslam dünyasının düşmənlərinə dərs verdilər.

Bu şücaətli dəstə sübut etdi ki, mücahidlərin iradəsi düşmənin texnologiya və imkanları qarşısında qalib gələrək Vaşinqton və Təl-Əvivin təhlükəsizlik əldə etmək ümidlərinə son qoydu.

Dini vəzifəmizin Rəbbimizin əmrinə tabe olmaq olduğunu vurğulayırıq:

"Müşriklər sizinlə vuruşduqları kimi, sizdə onlarla vuruşun". 

Bu vəzifə düşmənlərimizin İslam ümmətindən, Qəzzə xalqından və digər işğal olunmuş torpaqlardan vurduğu ziyanı aradan qaldırmaq üçün bir öhdəlikdir. Hətta zəiflərin zərər görməsinin qarşısını almaq lazımdır. Ona görə də bizim raketlərimiz, pilotsuz uçuş aparatlarımız və xüsusi təyinatlılarımız Amerika düşməninə qarşı ixtisaslı zərbələr endirməyə hazırdırlar, əgər onlar bu müharibədə iştirak etsələr, sionist rejimin və onu dəstəkləyənlərin konkret hədəflərini vuracaqlar.

Biz həmçinin xalqımızı Bağdad və digər şəhərlərdə etiraz aksiyalarında iştirak etməyə, Fələstin və İraq bayraqları daşımağa, həmçinin Qəzzada mücahidlərə dəstək üçün ianə toplamağa çağırırıq.

Bununla da biz Allah qarşısında vəzifəmizi yerinə yetirmiş oluruq: "Allah Ona yardım edənləri mütləq dəstəkləyəcəkdir. Şübhəsiz ki, Allah qüdrət sahibidir və hər şeydən üstündür".

Xəbəri paylaş

VİDEOLAR