İraq Hizbullahı batalyonlarının bazar günü gecəsi dərc olunan bəyanatında deyilir ki, İraq təhlükəsizlik qüvvələrinin 2014-cü ildə üzləşdiyi problemlər ABŞ və onların əlaltıları tərəfindən hazırlanmış çirkin oyunlar idi.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda daha sonra bildirilir ki, şimal və qərb əyalətlərinin süqutu və Əl-Qaidə terrorçularının Bağdada yaxınlaşması ilə hökumət dövləti və paytaxtı xilas etmək üçün Müqavimətdən kömək istəyib.
İraq Hizbullahı əlavə edib: İraqın ali məqamlı təqlid mərcəsinin fətvası münaqişənin qızğın vaxtında hər şeyi İraqın xeyrinə dəyişdi. Fətvadan sonra Həşd əş-Şəbi könüllüləri terrorçularla mübarizədə iştirak üçün axın etdi..."
Bəyanatın sonunda deyilir: İraqı dəstəkləyən qruplar, Amerika və onun özünün yaratdığı İŞİD-i məğlubiyyətə uğradıb. İraqlılar işğalçılar qovulana qədər daim tətikdə qalacaqlar.