Bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, İraq Baş naziri Mustafa əl-Kazımi 17 dekabrda Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.
Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Tərəflər ətraflı şəkildə Ankara və Bağdad arasındakı ikitərəfli münasibətlərin aspektlərini gözdən keçirəcək, terrorçuluqla mübarizə, İraqın bərpası, iki ölkə arasındakı əməkdaşlığın, əsasən də ticarət və energetika sahəsindəki əməkdaşlığın inkişaf yollarını müzakirə edəcəklər.
Beynəlxalq və regional gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi baş tutacaq.