İraqın Baş naziri Mustafa əl-Kazımi açıqlayıb
Rasthaber shafaqna-ya istinadən xəbər verir ki, İraqın Baş naziri Mustafa əl-Kazımi televiziya müraciətində ölkədə baş tutacaq parlament seçkilərinin tarixi haqda danışıb.
“Elan edirəm ki, vaxtından əvvəlki deputat seçkiləri 2021-ci il 6 iyunda baş tutacaq. Biz bu seçkilərin uğuru və onların qorunması üçün hər bir səyi göstərəcəyik”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, səsvermənin şəffaflığının təminatı üçün seçkilər beynəlxalq müşahidəçilərin iştirakı ilə keçiriləcək.