Tehranda və İranın digər şəhərlərində İslam İnqilbanın qələbəsinin 43-cü ildönümü münasibəti ilə avtomobil və motosikletlərlə yürüşlər başladılıb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu il yürüş pandemiya səbəbi ilə avtomobil və motosikletlərlə keçirilir.
Tehran və digər şəhərlərdə yerli vaxtla saat 10:00-dan bayram yürüşləri keçirilir.
İnsanlar İslam İnqilabına dəstək şüarları, həmçinin ABŞ və İsrail rejimləri əleyhinə də şüarlar səsləndirirlər.
Xatırladaq ki, İranda 1-11 fevral tarixlərində İslam İnqilabının qələbəsinin ildönümü münasibəti ilə təntənəli tədbirlər keçirilir.
1979-cu il 1 fevralda 15 illik sürgündən sonra İslam İnqilabının banisi İmam Xomeyni İrana geri dönür və nəhayət 11 fevralda İslam İnqilabı qələbə qazanır.