İranlı rəsmi Qərbin insan haqları iddiasını kəskin tənqid edib

İranlı rəsmi Qərbin insan haqları iddiasını kəskin tənqid edib

İran xarici işlər nazirinin müavini Əli Baqiri Kəni Banqladeşin xarici işlər naziri Əbul Kəlam Əbdül Momenlə görüşündə Qərbin insan haqları iddiasını kəskin tənqid edib.

Az.rasthaber.com xəbər verir ki, İran xarici işlər nazirinin müavini Əli Baqiri Kəni Dəkkə təmasları çərçivəsində Banqladeşin xarici işlər naziri Əbul Kalam Əbdül Momen ilə görüşüb.

Görüşdə regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Baqiri bu baxımdan Qərbin insan haqları iddiasını tənqid edərək deyib:

“Əslində insan haqlarının qorunması və terrorla mübarizə Qərb dövlətlərinin xarici siyasətində yer almır. Bu ölkələr öz məqsədləri üçün insan haqlarından və terrordan sui-istifadə edirlər. 

Söhbət öz mənafeyindən gedirsə, onlar təkcə insan hüquqlarını pozmur, insanları məhv edirlər".

Banqladeş xarici işlər naziri də görüşdə ölkəsinin İranla hər sahədə əlaqələrini yaxşılaşdırmaq istədiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR