ABŞ İrana qarşı maksimum təzyiq siyasəti iflasa uğradığını açıq şəkildə dilə gətirib.
Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, bu barədə İran Dövlət Maraqları Assambleyasının üzvü Səid Cəlili bildirib.
O, ABŞ-ın maksimum təzyiq göstərərkən əlindən gələn hər bir şeyi etdiyini vurğulayaraq deyib: "Düşmən son 3 ildə İran xalqına maksimum təzyiq göstərib. ABŞ rəhbərliyi açıq şəkildə bildirdi ki, bu siyasət gurultu ilə müvəffəqiyyətsizliyə uğradı".
"İran xalqı düşməni yaxşı tanıdığını və bu sahədəki mövcud bütün problemlərə baxmayaraq ayaqda qalıb müqavimət göstərərək qalib gəldiyini sübut etdi", - deyə Cəlili əlavə edib.
Düşmənin öz məğlubiyyətini etiraf etməsini tarixi uğur adlandıran iranlı rəsmi əlavə edib ki, "bu gün uduzduğunu etiraf edən düşmən digər tərəfdən həmlə edir".