İranlı nazir: “Azərbaycanla əlaqələrimiz çox yüksək səviyyədədir”

İranlı nazir: “Azərbaycanla əlaqələrimiz çox yüksək səviyyədədir”

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi İran-Azərbaycan münasibətləri daha da inkişaf etdiyini bildirib.

“Azərbaycanla əlaqələrimiz çox yüksək səviyyədədir”.

Az.rasthaber.com xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İran hökumətlərarası komissiyanın iclasında İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib.

O bildirib ki, İran-Azərbaycan münasibətləri daha da inkişaf edir: “Bu gün imzalanacaq sənədlər bizim əməkdaşlığımızın yüksəlməsinə və ticarət dövriyyəmizin artmasına səbəb olacaq. Elektrik enerjisinin İran ərazisindən tranziti, İrana satışı ilə bağlı biz müzakirələr apardıq. Bütün bunlar ticarət dövriyyəmizin həcminə təsir edəcək. Tranzit və nəqliyyat sahəsi əməkdaşlıq üçün çox mühüm sahədir. Regionda gedən prosesi nəzərə alaraq Şimal-Cənub dəhlizinin inkişafı çox mühüm olacaq”.

Xəbəri paylaş

VİDEOLAR