Livanda olan iranlı həkim Əli Heydəri sionist rejimin pilotsuz təyyarəsinin hücumu nəticəsində şəhid olub.
Rasthaber Azərbaycan xəbər verir ki, Livanda xəstələr və yaralılara yardım məqsədilə gedən iranlı həkim Əli Heydəri sionist rejimin pilotsuz təyyarəsinin hücumu nəticəsində şəhid olub.
İsrailin Livanı bombardmanları beynəlxalq müqavilələr və konvensiyalarla qorunan səhiyyə və təcili yardım qruplarını, eləcə də xəstəxanaları hədəf alır.
Sionist rejim iranlı həkim Əli Heyderinin olduğu təcili yardım maşınına pilotsuz təyyarə ilə hücum edib.
İşğalçı rejimin hücumunda şəhid olan Həkim Əli Heyderinin cənazəsi cümə axşamı İranda torpağa tapşırılacaq.