İranlı hakim İsrail təmsilçisinin görüşünü idarə etməkdən imtina edib

İranlı hakim İsrail təmsilçisinin görüşünü idarə etməkdən imtina edib

İranın karate üzrə beynəlxalq hakimi Qüdsü işğal edən rejim təmsilçisinin görüşünü idarə etməkdən imtina edib.

Az.rasthaber.com xəbər verir ki, Cavad Səlimi dünya karate liqasında işğalçı sionist rejim karateçisinin görüşünə hakimlik etməkdən imtina edib. 

Dünya Karate Liqası dünyanın 48 ölkəsindən 248 karateçinin iştirakı ilə üç gün müddətinə Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakıda keçirildi ki, İran komandası bu yarışlarda "Sara Bəhmənyar" və "Bəhmən Əsgəri"nin aldığı iki gömüş medal və "Təravət Xaksar" və "Zəbihullah Purşeyb"in aldığı iki bürün medalla öz işinə yekun vurdu. 

Bu turnirdə Cavad Səlimi, Kambiz Kakavənd, Əlirza Novruzi, Seyid Vəli Hüseyni və Elmira Gözəlzadə 5 iranlı hakim olub ki, bu hakimlər yarışları idarə edib. 

Karate Federasiyasının hakimlər komitəsinin keçmiş rəhbəri yarışların ikinci ikinci günündə tatami üzərində işğalçı sionist rejim karateçisinin olduğunu öyrəndikdə, görüşə hakimlik etməkdən imtina edib.

Xəbəri paylaş

VİDEOLAR