“Avropaya bir humanist təklifim var. Mən bu gündən sizə vəkillik verib bildiririəm ki, tətbiq etdiyiniz sanksiyalara əsasən ordu başçısı Məhəmməd Hüseyn Baqirinin dünyanın istənilən yerində olan hesablarını tapıb üzə çıxarın və orada olan pullarla vətəndaşlarınıza kömür alın. Çünki qarşıda sizi çətin qış gözləyir.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.
İranlı general son günlərdə “Rusiyaya silah satmaq” və “ölkədəki etirazları yatırtmaq”la bağlı ABŞ və Avropadan elan edilən sanksiyalara münasibət bildirib.
Bir qism iranlı ordu generallarının hesablarının dondurulmasına münasibət bildirən Baqeri Avropa İttifaqına maraqlı cavab verib.
O təklif edib ki, dondurulmuş hesablardan əldə edilmiş pulla Avropa öz vətəndaşlarının qışda qızınması üçün kömür alsın.
“Əslində elə avropalıların özləri, ərbabları ABŞ-ın dalana dirənmiş yolunu getməklə özlərinə sanksiya tətbiq etmiş olurlar”, deyə o əlavə edib.