İranlı general: Düşmənləri rahat buraxmayacağıq!

İranlı general: Düşmənləri rahat buraxmayacağıq!

"İran Ordusu və silahlı qüvvələri ölkəni hədəfə alan istənilən təhlükə qarşısında möhkəm dayanacaq və bu xalqın düşmənlərini rahat buraxmayacaq"

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran Ordusunun Baş Komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi deyib.

Seyid Əbdürrəhim Musəvi mətbuata açıqlamasında bildirib:

"Biz İran xalqına bəyan edirik ki, ordu və silahlı qüvvələr İslam İnqilabının uca məqsədlərinə çatmaq üçün var gücü ilə çalışır. Biz İran İslam Respublikasını, vətənimizin sərhədlərini və millətimizin əmin-amanlığını hədəfə alan hər cür təhdidlərə qarşı möhkəm dayanırıq və bildiririk ki, bu millətin düşmənlərini rahat buraxmayacağıq".

Xəbəri paylaş

VİDEOLAR