İran Ordusunun baş komandanı general-mayor Əmir Seyid Əbdürrəhim Musəvi açıqlama verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, İran Ordusunun baş komandanı general-mayor Əmir Seyid Əbdürrəhim Musəvi bazar ertəsi günü Bəndər Lingənin "Şəhid İsmailiyan" adına Hava Hücumundan Müdafiə Qrupunda olaraq, bu müdafiə qrupunun müxtəlif hissələrinə və üçlü adalara baxış keçirib və bu bölmənin döyüş hazırlığını və əməliyyat qabiliyyətini dəyərləndirib.
"Vahid hava hücumundan müdafiə şəbəkəsində cənub-şərq hava hücumundan müdafiə bölgəsi ən strateji və həssas müdafiə bölgələrindən biridir və düşmənin bütün hərəkətləri tam diqqət və həssaslıqla izlənilir", -deyə o qeyd edib.
Baxış zamanı İran Ordusunun baş komandanını, cənub-şərq hava hücumundan müdafiə bölgəsinin komandiri briqada generalı Əmir "Məhəmməd Rza Zeynalı" və Hörmüzgan vilayətində ordunun baş hərbçisi viste-admiral Əmir Ariya Şəfqət Rudsəri müşayiət ediblər.