İranlı deputatlardan Şuşanın işğaldan edilməsilə bağlı açıqlamalar

İranlı deputatlardan Şuşanın işğaldan edilməsilə bağlı açıqlamalar

Azərbaycan ordusunun Şuşa şəhərini işğaldan azad etməsinə bütün müsəlmanlar sevinir.

Rasthaber xəbər verir ki, bunu Trend-ə açıqlamasında İran parlamentinin deputatı Vəli Esmaili deyib.

İranlı deputat Azərbaycanın işğalda qalan digər ərazilərinin də tezliklə azad edilməsini arzulayıb:

“Azərbaycan öz ərazilərini BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əsasən işğaldan azad edir.

Çox sevinirik ki, uzun illərdən sonra Şuşa məscidində azan səsi eşidiləcək. Bu isə bütün müsəlmanları sevindirən nüansdır.

İranın Ali Lideri Ayətulla Seyid Əli Xamneyinin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi bəyanatını bu istiqamətdə qiymətləndirmək lazımdır. Buna əsasən çox sevinirik.”

İran parlamentinin deputatı Əhməd Əlirza Beygi isə bildirib ki, Şuşanın azad edilməsi haqqın öz yerini tapdığını sübuta yetirdi.

Ə.Əlirza Beyginin sözlərinə görə, Şuşa məscidindən azan səsinin eşidilməsi bütün dünyaya car çəkir ki, zülm yerdə qalmayacaq və haqq öz yerini tapacaq.

İranlı deputat qeyd edib ki, 28 il öncə ermənilərin Xocalıda və Qarabağın digər şəhər və kəndlərində qadın və uşaqlara qarşı cinayəti, zülmü yerdə qalmamalı idi.

Əlirza Beygi əlavə edib ki, biz bu gün bunun şahidi olduq. Allaha şükür edirik. Bizim qeyrətli Azərbaycanlı qardaşlarımız buna nail oldu:

“Hazırda Şuşanın azad olunması ilə fəxr edirəm, ürəkdən sevinirəm. Sevinirəm ki, Şuşa öz doğmalarına qayıdır.

Bu gözəl gün, zəfər günü münasibəti ilə Azərbaycan dövlətini, Azərbaycan xalqını təbrik edirik. Bu zəfər hamının ürəyindən sanki tikan çıxardı”.

Əlirza Beygi bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı işğal olunmuş ərazilərin müzakirələr yolu ilə həll edilmədikdə, öz gücünə torpaqları işğaldan azad edə biləcəyini sübuta yetirdi. Çünki uzun illər davam edən müzakirələr Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması ilə nəticələnməmişdi.

Xəbəri paylaş

VİDEOLAR