İranlı alim Suleymani ABŞ həbsxanasından azad olundu

İranlı alim Suleymani ABŞ həbsxanasından azad olundu

Bir il Amerikada həbsdə saxlanıldıqdan sonra iranlı alim azad olunub

Rasthaber Azərbaycan xəbər verir ki, iranlı alim Məsud Suleymani qanunsuz şəkildə bir il Amerikada həbsdə saxlanıldıqdan sonra azad edilib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bir twitterdə Məsud Suleymaninin vəziyyəti barədə yazıb.

"Çox şadam ki, professor doktor Məsud Suleymani və cənab Ven tezliklə öz ailələrinə qovuşacaqlar. Bu məsələdə fəaliyyət göstərmiş bütün kəslərə, xüsusən İsveçrə hökumətinə təşəkkür edirəm.", -deyə Zərif qeyd edib.

Bu prosesdə həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi, həmçinin məhkəmə və təhlükəsizlik orqanlarının razılıq və həmkarlıqları ilə casusluq cinayəti ilə İranda öz məhkumluq dövrünü keçirən Amerika vətəndaşı Tszyao Ven islami mərhəmət sayəsində azad edilərək, Amerikaya geri dönmək üçün isveçrəli rəsmilərə təhvil verilib.

Xəbəri paylaş

VİDEOLAR