İranla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 41 faiz artıb

İranla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 41 faiz artıb

İranla Rusiya arasında 2021-ci ilin mart-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 41 faiz artaraq 1 milyard 656 milyon dollara çatıb.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə İran Gömrük Komitəsinin sözçüsü Ruhullah Latifi məlumat verib.

Onun sözlərinə görə, son illər iki ölkə arasında siyasi əlaqələrin inkişafı ilə yanaşı ticarət sahəsində də irəliləyişlər olub.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi tezliklə Rusiyaya səfər edəcək.

Xəbəri paylaş

VİDEOLAR