31.08.2023 11:38:51
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Suriyaya səfər edib.
Az.rasthaber.com Trend-ə istinadən xəbər verir ki, Abdullahian rəsmi səfəri zamanı Suriya hakimiyyəti ilə görüşməyi planlaşdırır.
İranın xarici işlər naziri Suriyada qonşuluq siyasətinin gücləndirilməsini və iki ölkə prezidentlərinin razılaşmalarının icrasının sürətləndirilməsini müzakirə edəcək.