İranın xarici işlər naziri Səudiyyə Ərəbistanına səfər edib

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanına səfər edib

İranın xarici işlər naziri rəsmi danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib.

Az.rasthaber.com xəbər verir ki, Əmir Abdullahiyan Ər-Riyada bir günlük səfəri çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşəcək.

Əmir Abdullahiyan bu yaxınlarda bildirmişdi ki, tezliklə Ər-Riyada səfər edəcək və bu səfərdə İranın Ər-Riyaddakı yeni səfiri də onu müşayiət edəcək.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan iyunun 17-də paytaxt Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR