İranın xarici işlər naziri Pakistana səfər edəcək

İranın xarici işlər naziri Pakistana səfər edəcək

Yanvarın 16-da “Ceyşul Ədl” təşkilatının Pakistandakı düşərgələrini raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alan İran və Pakistan arasında diplomatik əlaqələr normallaşma prosesinə girir.

Az.rasthaber.org xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilanın dəvəti ilə 2024-cü il yanvarın 29-da Pakistana səfər edəcək.

İki ölkənin səfirlərinin yanvarın 26-dək öz vəzifələrinə qayıtmaları barədə razılığa gəlindiyi də vurğulanıb.

Bəyanatda deyilir:

“Xarici işlər naziri Cəlil Abbas Cilani ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığından sonra Tehran və İslamabad iki ölkənin səfirlərinin yanvarın 26-na qədər öz vəzifələrinə qayıda biləcəkləri barədə razılığa gəliblər".

Xəbəri paylaş

VİDEOLAR