İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvaya səfər edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
İranın xarici işlər naziri Suriya məsələsinin nizamlanması üzrə sabah keçiriləcək dördtərəfli danışıqlarda iştirak etmək üçün Moskvaya səfər edib
Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli və regional gündəliyin aktual məsələlərini də müzakirə edəcək.