İranın xarici işlər naziri Fələstin müqaviməti liderləri ilə görüşüb

İranın xarici işlər naziri Fələstin müqaviməti liderləri ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyrut səfəri çərçivəsində bir qrup Fələstin müqaviməti liderləri ilə birgə iclas keçirib.

Az.rasthaber.com xəbər verir ki, mediaya qapalı keçirilən görüşdə Fələstin müqaviməti liderləri Fələstin xalqının strateji müqavimət seçiminə sadiq olduqlarını vurğulayaraq, Əmir Abdullahiyanı hazırkı vəziyyətdə İordan çayının qərb sahilindəki müqavimət əməliyyatlarından geri çəkilməyəcəklərinə əmin ediblər. 

Əmir Abdullahiyan Tehranın Fələstin xalqına dəstək strategiyasına sadiqliyini, müqavimətini və Fələstin torpaqlarını azad etmək məqsədini vurğulayıb.

Əmir Abdullahiyan İslam İnqilabının Rəhbərinin İordan çayının qərb sahilinə dəstək verilməsi zərurəti ilə bağlı açıqlamalarına toxunaraq deyib: İran Fələstin müqavimətinə güclü dəstəyini davam etdirəcək.

Xəbəri paylaş

VİDEOLAR