İranın xarici işlər naziri Çinə səfər edib

İranın xarici işlər naziri Çinə səfər edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Çinə səfər edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, səfər bu gün səhər baş tutub.

Məlumata görə, H.Əmir Abdullahiyanın başçılıq etdiyi nümayəndə heyəti Çində Əfqanıstanla qonşu olan ölkələrin XİN başçılarının iclasında iştirak edəcək.

Nazir Çin rəsmiləri ilə də iki tərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Onun həmçinin Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirləri ilə də ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub.

Xəbəri paylaş

VİDEOLAR